19 iyun 2024 15:08
495

Sabiq baş nazir: İqlim dəyişikliyinin fəsadlarından hamı əziyyət çəkir

Bu gün hamı iqlim dəyişikliyinin fəsadlarından əziyyət çəkir.

“İki sahil” xəbər verir ki, bunu Çex Respublikasının sabiq Baş naziri (2009-2010) Yan Fişer Bakıda “COP29-a Aparan Yol: Dayanıqlı və davamlı gələcək” mövzusunda keçirilən Yüksək Səviyyəli 29-cu Toplantıda deyib.

O qeyd edib ki, iqlim dəyişikliyi ilə mübarizədə gecikmək olmaz: "Zamanımız tükənir. Emissiyaların böyük qismi müəyyən ölkələrin payına düşür və onun nəticələrindən bütün planet əziyyət çəkir, planetimiz zəhərlənir".

O çıxışında Bakının iqlim konfransına ev sahibliyinə də toxunub: "Azərbaycan hökuməti bu böyük tədbirə hazırlaşmaq üçün əlindən gələni edir, yüksək məsuliyyəti başa düşür".