Rusiyalı aparıcı-aktrisa Tatyana Lazareva terrorçular və ekstremistlər siyahısına əlavə edilib.
“İki sahil” xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Lazarevaya qarşı bir neçə gün əvvəl terrora haqq qazandırdığı üçün iş açılıb. Bu, Dövlət Dumasının deputatı Andrey Alşevskixin sorğusuna cavab olaraq baş verib.
İşin başlanmasına səbəb teleaparıcının ötən ilin avqustunda “Və Qrem çökdü” podkastında Ukraynanın pilotsuz təyyarələrinin Rusiya hədəflərinə hücumu ilə bağlı xəbərləri oxuyanda sevindiyini etiraf etməsi olub.
Qeyd edək ki, qanuna görə, terrorçu siyahısında olanlara bank xidmətlərindən istifadə etmək, o cümlədən bank hesabları açmaq qadağandır.
Türkiyənin İğdır şəhərində “Xarıbülbül” sərgi-yarmarkalarının davam etdirilməsi təklif olunub
Şəfiqə Məmmədovanın Azərbaycan Kinematoqrafçılar İttifaqı sədrliyinə vahid namizəd kimi təsdiq edilməsi barədə yekdilliklə qərar qəbul olunub
Tünzalə Ağayeva ilə bağlı diqqətçəkən görüntülər – kameralar qarşısında nə baş verdi?