SOCAR-ın Bakı Ali Neft Məktəbinin (BANM) tələbələri ABŞ Dövlət Departameninin dəstəyi, Ventures Well-in təşkilatçılığı ilə Cənubi Qafqaz ölkələri üçün akselerasiya proqramının qalibi olublar.
“İki sahil” xəbər verir ki, onlar Kimya mühəndisliyi ixtisasının V kurs tələbələri Fatimə Məmmədova və Fərid Əliyevdir. “Atəşgah” komandasının tərkibində çıxış edən tələbələrimiz Tiflisdə keçirilən 5 həftəlik proqramı uğurla tamamlayıblar. Qaliblər 5.000 dollar mükafat əldə ediblər. Layihənin mentoru, BANM-in əməkdaşı Elmar Əsgərzadədir.
Xatırladaq ki, “Atəşgah” bundan öncə "TEKNOFEST” festivalının da qalibi olub. Layihənin əsas məqsədi isə günəş panellərinin soyudulmasıdır. Proqram Azərbaycan üzrə SUP VC şirkətinin dəstəyi ilə həyata keçirilib. Sözügedən şirkət Ventures Well-in Azərbaycan üzrə partnyorudur.
Macarıstan şirkətlərinin və beynəlxalq təşkilat nümayəndələrinin “Neft Daşları”na səfəri təşkil olunub - FOTO
SOCAR-da “Kommunikasiya və əməkdaşlıq vasitəsilə tərəfdaşlığın gücü: Enerjinin gələcəyini formalaşdıran qadınlar” mövzusunda tədbir keçirilib