20 iyun 2024 15:30
357

Modriç Buffonu geridə qoydu

Xorvatiya millisinin yarımmüdafiəçisi Luka Modriç İtaliya yığmasının sabiq üzvü Canluici Buffonu geridə qoyub.

“İki sahil” xəbər verir ki, o, buna  Avro-2024-ün qrup mərhələsinin 2-ci turunda Albaniya ilə görüşdə (2:2) meydana çıxmaqla nail olub. O, millidə 177-ci oyununu keçirib.

38 yaşlı hücumameyilli yarımmüdafiəçi nəticədə İtaliya yığmasının sabiq qapıçısı Canluici Buffonu (176) geridə qoyub. Modriç millidəki oyun sayına görə yalnız Serxio Ramos (İspaniya 180 oyun) və Kriştiano Ronaldodan (Portuqaliya, 208 oyun) geri qalır.