20 iyun 2024 21:59
379

Danimarka - İngiltərə matçında bərabərlik qeydə alınıb

Almaniyada keçirilən futbol üzrə Avropa çempionatının qrup mərhələsinin II turunun Danimarka - İngiltərə görüşü başa çatıb.

“İki sahil” xəbər verir ki,  C qrupunun oyununda heç-heçə qeydə alınıb - 1:1.

Matçda hesabı ingilislər açıb. 19-cu dəqiqədə Harri Keyn fərqlənib. 34-cü dəqiqədə isə "status kvo" bərpa olunub. Morten Yulmann adını tabloya yazdırıb.

Qeyd edək ki, qarşılaşmada UEFA nümayəndəsi kimi həmyerlimiz Könül Mehdiyeva təyinat alıb.