04 oktyabr 2026 21:45
110

Taekvondoçularımız beynəlxalq turnirdə 4 medal qazanıblar

Albaniyanın paytaxtı Tirana şəhərində keçirilən “Albania Open” beynəlxalq turnirində Azərbaycan taekvondoçuları uğurla çıxış edərək 4 medal qazanıblar.

“İki sahil” xəbər verir ki, Azərbaycan Taekvondo Federasiyasından verilən məlumata görə, yarışda gənclər arasında mübarizə aparan Novruz Əliyev (55 kiloqram) turnirin gümüş medalına sahib olub. Böyüklərdən ibarət milli komandamızın üzvləri isə yarışı 3 bürünc mükafatla başa vurublar. Belə ki, Minayə Əkbərova (46 kiloqram), Fuad Məhərləmli (63 kiloqram) və Cavad Ağayev (74 kiloqram) fəxri kürsünün üçüncü pilləsinə qalxıblar.