Almaniyada keçirilən futbol üzrə Avropa çempionatının qrup mərhələsinin II turunun İspaniya - İtaliya görüşü başa çatıb.
“İki sahil” xəbər verir ki, Helzenkirhen şəhərindəki "Feltins Arena"da gerçəkləşən oyunda "buğalar" minimal hesabla qalib gəliblər - 1:0.
İtaliya millisinin heyətində 55-ci dəqiqədə Rikkardo Kalafiori avtoqol müəllifi olub. İspaniya yığması bu qələbə sayəsində B qrupundakı xallarının 6-ya çatdıraraq 1/8 final mərhələsini özü üçün təmin edib.