21 iyun 2024 13:13
243

COP29 iqlim dəyişikliyi ilə mübarizədə əməkdaşlığın gücləndirilməsinə kömək edəcək

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) bu ilin noyabrında Bakıda keçirilməsi hökumətin ətraf mühitə diqqətlə bağlı öhdəliyini vurğulayır.

“İki sahil” xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji siyasət şöbəsinin müdiri Faiq Mütəllimov Zəngilanda keçirilən “COP29-a aparan yol: Dayanıqlı və davamlı gələcək” mövzusunda 29-cu yüksək səviyyəli görüşdə çıxışı zamanı deyib.

“Azərbaycan üçün COP29-a ev sahibliyi etmək böyük şərəfdir. Tədbir dünya liderlərinə bir araya gəlmək, fikir mübadiləsi aparmaq və iqlim dəyişikliyi ilə mübarizədə əməkdaşlığı gücləndirmək imkanı verəcək. Bu tədbirin Bakıda keçirilməsi həm də Azərbaycanın ətraf mühitə hörmətlə bağlı öhdəliklərini vurğulayır”, - o bildirib.