21 iyun 2024 14:15
587

Azərbaycan və Ukrayna enerji sahəsində əməkdaşlığı müzakirə edib - FOTO

Azərbaycan və Ukrayna enerji sahəsində mövcud və gələcək əməkdaşlıq imkanları müzakirə edib.

“İki sahil"in Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə (SOCAR) istinadən verdiyi məlumata görə, bu müzakirələr SOCAR-ın prezidenti Rövşən Nəcəfin Ukraynanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Yuri Qusev ilə görüşündə aparılıb.

Görüşdə ikitərəfli əməkdaşlığın uğurlu inkişafından, o cümlədən “SOCAR Energy Ukraine” şirkətinin fəaliyyətindən məmnunluq ifadə edilib.

Görüş çərçivəsində həmçinin enerji keçidi, dekarbonizasiya və qarşılıqlı maraq doğuran müxtəlif məsələlər ətrafında fikir mübadiləsi aparılıb.