21 iyun 2024 15:43
670

Bakı Ali Neft Məktəbinin 11 tələbəsi “SOCAR Türkiyə”də təcrübə keçəcək

SOCAR-ın Bakı Ali Neft Məktəbinin (BANM) 11 tələbəsi “SOCAR Türkiyə”də Yay Təcrübə Proqramında iştirak etmək imkanı qazanıb.

“İki sahil” xəbər verir ki, onlar Leyla Həsənova, Əbil Şəfiyev, Aynur Tahirova, Nihad Səfərli, Nərmin Nusalova, Şamil Fərzalızadə, Aytac Vəliyeva, eləcə də Aytac Əmirova, Lalə Ələkbərova, Röya Məmmədova və Malik Süleymanovdur. Tələbələrin 7-si Kimya mühəndisliyi, 4-ü isə Proseslərin avtomatlaşdırılması mühəndisliyi ixtisasında təhsil alır.

BANM-in rektoru Elmar Qasımov seçilən tələbələrlə görüşüb. Onlara uğurlar arzulayıb, bu təcrübənin peşəkar kadr kimi yetişmələrinə böyük töhfə verəcəyini deyib. Rektor  "SOCAR Downstream" və "SOCAR Türkiyə"nin Bakı Ali Neft Məktəbinin tələbələrinə daim dəstək göstərdiyini və məzunların işlə təmin olunduğunu vurğulayıb.

Təcrübə Proqramı iki ay davam edəcək.