Azərbaycanda səfərdə olan Qazaxıstan Silahlı Qüvvələrinin Hərbi Polis Baş İdarəsinin nümayəndələri Müdafiə Nazirliyinin Hərbi Polis İdarəsində olublar.
“İki sahil” xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, əvvəlcə Ümummilli Lideri Heydər Əliyevin idarənin ərazisində ucaldılan büstü önünə gül dəstələri qoyularaq xatirəsi hörmət və ehtiramla anılıb.
Keçirilən görüşdə qonaqlara Hərbi Polis İdarəsinin tarixi və gündəlik fəaliyyəti, maddi-texniki təchizat və təlim proqramı barədə brifinq təqdim olunub, qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Qazaxıstan nümayəndə heyəti Hərbi Polis bölmələrinin istifadəsində olan müasir silah və texnikaya, həmçinin avtomobil parkına baxış keçirdikdən sonra bölmələrin nümayiş məşğələsini izləyib.
Xocavənddə Azərbaycan, Türkiyə və Özbəkistan hərbçilərinin birgə təliminin açılışı olub - VİDEO
Özbəkistan heyəti “Birliyin Gücü – 2026” təlimində iştirak etmək üçün ölkəmizə gəlib
Azərbaycan Ordusunda Dövlət Suverenliyi Günü münasibətilə silsilə tədbirlər keçirilib