21 sentyabr 2026 13:31
120

Özbəkistan heyəti “Birliyin Gücü – 2026” təlimində iştirak etmək üçün ölkəmizə gəlib

Özbəkistan Respublikası Silahlı Qüvvələrinin şəxsi heyəti “Birliyin Gücü – 2026” birgə hərbi təlimində iştirak etmək üçün Azərbaycan Respublikasına gəlib. 

“İki sahil” xəbər verir ki, heyətin Füzuli Beynəlxalq Hava Limanında qarşılanması, təlim ərazisində yerləşdirilməsi, məişət və təminat məsələlərinin həlli üzrə müvafiq işlər yerinə yetirilib.