21 iyun 2024 17:00
424

Türkiyənin rəqibi - PORTUQALİYA

Azərbaycanda da böyük maraqla izlənilən Avropa çempionatında (AVRO-2024) qardaş ölkə Türkiyənin milli futbol komandası ikinci oyununu Portuqaliyaya qarşı keçirəcək.

“İki sahil” xəbər verir ki, Türkiyə millisi Avropa Çempionatında ikinci matçına hazırlaşır. Türkiyə millisi Almaniyanın Dortmund şəhərindəki BVB stadionunda Portuqaliya ilə qarşılaşacaq.

Türkiyə milli komandası AVRO-2024-də ikinci oyununu iyunun 22-si saat 20:00-da keçirəcək. Matç İTV-də canlı yayımlanacaq.

Qarşılaşmanı Almaniya Futbol Federasiyasından olan hakim Feliks Zwayer idarə edəcək.

Məlumat üçün bildirək ki, Türkiyə milli komandasının son qrup oyunu iyunun 26-da saat 22:00-da Çexiya ilə baş tutacaq.

Xatırladaq ki, “F” qrupunda yer alan Türkiyə Gürcüstanla ilk oyundan 3 xal qazanıb.

Türkiyə milli futbol komandasına uğurlar diləyirik.