13 iyul 2026 00:40
87

"Arsenal"dan "Beşiktaş"a keçə bilər

"Beşiktaş" klubu "Arsenal"ın vingeri Leandro Trossarın transferini yaxın günlərdə rəsmiləşdirməyi planlaşdırır.

“İki sahil” xəbər verir ki, bu barədə jurnalist Fabritsio Romano məlumat yayıb.

Onun sözlərinə görə, "Beşiktaş" və "Arsenal" transferin bütün şərtləri ilə bağlı razılıq əldə ediblər. London klubu 31 yaşlı belçikalını bonuslar da daxil olmaqla 20 milyon avro qarşılığında satmağa razılıq verib.

Bildirilir ki, İstanbul təmsilçisi Trossara 3 illik müqavilə təklif edib. Razılaşmada daha bir il uzadılma imkanı da nəzərdə tutulub. 

Qeyd edək ki, Trossar DÇ-2026-da Belçika millisinin heyətində çıxış edib. Onun komandası 1/4 finalda İspaniyaya məğlub olaraq turnirlə vidalaşıb.