SOCAR-ın Bakı Ali Neft Məktəbinin (BANM) "SPE BHOS" komandası ABŞ-də Azərbaycanı təmsil edəcək.
“İki sahil” xəbər verir ki, tələbələrimiz "PetroBowl" yarışının Qazaxıstanda keçirilən regional turunu udaraq finala vəsiqə qazanıblar. Onlar Neft-qaz mühəndisliyi ixtisasının IV kurs tələbələri Aminə Rəhmanova, Firuzə Əzizova, Orxan Nəsibov, Ramin Əsgərli və Xanlar Məmmədzadədir.
Yarışma “Chevron” şirkətinin dəstəyi və Beynəlxalq Neft Mühəndisləri Cəmiyyətinin (SPE) təşkilatçılığı ilə baş tutur.
Hər il beynəlxalq səviyyədə müxtəlif ölkələrdə keçirilir.
SOCAR “Azəri-Çıraq-Günəşli” layihəsində “ITOCHU” korporasiyasına məxsus iştirak payını alıb
Türkiyədə SOCAR-ın strateji layihələri və enerji təhlükəsizliyi məsələləri müzakirə edilib