19 dekabr 2017 20:44
1428

Naxçıvan MR Dini Qurumlarla İş üzrə Dövlət Agentliyi yaradılıb

Naxçıvan Muxtar Respublikası (MR) Ali Məclisinin sədri Vasif Talıbov MR-nın Dini Qurumlarla İş üzrə İdarəsinin əsasında Naxçıvan MR Dini Qurumlarla İş üzrə Dövlət Agentliyinin yaradılması haqqında fərman imzalayıb.

APA-nın məlumatına görə, fərmanla Naxçıvan MR-nın Dini Qurumlarla İş üzrə Dövlət Agentliyi haqqında Əsasnamə və agentliyin strukturu da təsdiqlənib.

Vüqar Babayev yeni yaradılan Naxçıvan MR Dini Qurumlarla İş üzrə Dövlət Agentliyinin direktoru təyin edilib.