27 iyun 2024 14:41
184

İnger Anderson: Azərbaycan gəncləri ölkənin inkişafına həvəslə töhfə verməyə hazırdır

Azərbaycan gəncləri ölkənin inkişafına həvəslə öz töhfələrini verməyə hazırdırlar.

“İki sahil” xəbər verir ki, bunu BMT-nin Ətraf Mühit Proqramının (UNEP) icraçı direktoru İnger Anderson ekologiya və təbii sərvətlər naziri, COP29-un prezidenti Muxtar Babayevlə birgə mətbuat konfransı zamanı deyib.

O vurğulayıb ki, gənclər ölkədə baş verən dəyişikliklərə təsir edə bilər, ona görə də gənclərin müxtəlif proseslərdə rəhbər vəzifələrə cəlb olunması vacibdir: “Ötən gün IDEA-ya (ictimai birlik) baş çəkməyim və ətraf mühitin qorunması məsələləri ilə bağlı aktiv işləyən fəallarla görüşməyimə şad oldum”.