27 iyun 2024 15:07
352

Polşa ABŞ-dan 47 ədəd “Abrams” tankı alıb

Polşa 2023-cü ilin yanvarında imzalanan müqavilə əsasında ABŞ-dan “M1A1 Abrams” tanklarının son partiyasını alıb.

“İki sahil” xəbər verir ki, bu barədə Polşa Silahlı Qüvvələri məlumat yayıb.

“2023-cü ilin yanvarında imzalanan müqavilə çərçivəsində sonuncu 47 ədəd “M1A1 Abrams” tankı Polşaya tədarük olunub”, - deyə məlumatda bildirilir.

Qeyd edək ki, 2023-cü ilin yanvarında Polşa Müdafiə Nazirliyi ABŞ-dan 116 ədəd “M1A1 Abrams” tankı alıb. Bundan əlavə, 2022-ci ildə Varşava modernizə edilən 250 ədəd “M1A2 Abrams” tankının tədarükü ilə bağlı Birləşmiş Ştatlarla müqavilə imzalayıb. Müqaviləyə əsasən, həmin tanklar 2025-2026-cı illər ərzində Polşaya çatdırılmalıdır.