27 iyun 2024 18:25
191

ADT Baş Assambleyasında COP29 çərçivəsində kiçik ada dövlətlərinin sammiti müzakirə edilib

Azərbaycanın ABŞ-dəki səfiri Xəzər İbrahim Amerika Dövlətləri Təşkilatının (ADT) Baş Assambleyasında çıxışı zamanı Prezident İlham Əliyevin Bakıda COP29 çərçivəsində inkişaf etməkdə olan kiçik ada dövlətlərinin sammitinin keçirilməsi təşəbbüsünü qeyd edib.

“İki sahil” xəbər verir ki, bu barədə səfir “X” sosial şəbəkəsindəki hesabında paylaşım edib.

“ADT-nin Baş Assambleyasında Azərbaycanın aparıcı rol oynadığı, qlobal və regional gündəliyin təşəbbüskarı kimi çıxış etdiyi digər məsələlərlə yanaşı, ADT üzvlərinin əksəriyyətinə göstərilən çoxmilyonluq yardım və təqaüdlərdən bəhs edilib”, - paylaşımda bildirilib.