28 iyun 2024 15:28
375

Bu il Cəbrayıl şəhərində 33 yaşayış binasının təhvil verilməsi planlaşdırılır

Bu il ərzində Cəbrayıl şəhərində 712 mənzildən ibarət 33 yaşayış binasının təhvil verilməsi planlaşdırılır.

“İki sahil” xəbər verir ki, bunu report-a Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Vahid Hacıyev deyib.

O əlavə edib ki, Cəbrayıl rayonunun Horoğlu qəsəbəsinə köç nəzərdə tutulur: "Hazırda Cəbrayılın Şükürbəyli kəndində, Qubadlı rayonunun Zilanlı və Maxruzlu kəndlərində, Zəngilanın şəhər mərkəzində böyük tikinti işləri aparılır".