Azərbaycanın Türkiyədəki səfirliyinin təhsil məsələləri üzrə müşaviri Nəcibə Nəsibova Əskişəhər əyalətinə səfəri çərçivəsində qardaş ölkənin üç universitetinin rəhbərliyi ilə görüşlər keçirərək təhsil sahəsində əlaqələrin dərinləşdirilməsi yollarını müzakirə edib.
“İki sahil” xəbər verir ki, müşavir Əskişəhər Texniki Universiteti, Osmanqazi Universiteti və Anadolu Universitetində ali təhsil sahəsində birgə layihələrin həyata keçirilməsi ilə bağlı fikir mübadiləsi aparıb. Bu universitetlərdə təhsil alan Azərbaycan tələbələrinin vəziyyəti, eləcə də Azərbaycan universitetləri ilə təhsil əlaqələrinin genişləndirilməsi ilə bağlı bir sıra məsələlər müzakirə olunub.
Bundan əlavə, N.Nəsibova müəllim Seda Gökmenin təşəbbüsü ilə həyata keçirilən “Qardaşıma məktub” layihəsində iştirak edən Əskişəhərdəki orta məktəbdə olub.
Azərbaycanın rəqəmsal arxitekturası: Yeni tənzimləmə strategiyası və institusional sıçrayış
Mətbuat Şurasında əməkdar jurnalist Faiq Qismətoğlunun 70 illiyi qeyd edilib - FOTO