Azərbaycanın qadın voleybolçulardan ibarət klubları yay fasiləsində 9 transfer gerçəkləşdirib.
“İki sahil” xəbər verir ki, mövsümlərarası dövrdəki bütün keçidlər eyni klubun payına düşür.
"Milli Aviasiya Akademiyası" indiyədək 9 voleybolçunu heyətinə qatıb. Klub yeddi əcnəbi və iki yerli voleybolçu transfer edib.
Yerli oyunçular Leyla Parşkova və Mariana Abuyevadır. "Aviatorlar"ın sonuncu - 9-cu transfer isə amerikalı hücumçu Alyanza Darley olub.