Futbol üzrə Azərbaycan millisinin üzvü Renat Dadaşov karyerasını yenidən Türkiyədə davam etdirə bilər.
“İki sahil” xəbər verir ki, məlumata görə, qardaş ölkənin TFF I Liqasında çıxış edən "Amedspor" hücumçu ilə yaxından maraqlanır.
Bildirilir ki, Diyarbakır təmsilçisi artıq həmyerlimizlə şifahi razılığa gəlib. Onun transferi rəsmi olaraq yaxın günlərdə açıqlanacaq.
Qeyd edək ki, Renat Dadaşov ötən mövsümü icarə əsasında "Hatayspor"un heyətində keçirib. Futbolçunun transfer hüquqları İsveçrə "Qrasshopper"inə məxsusdur.