29 iyun 2024 22:13
227

Subasmaya məruz qalmış həyətyanı sahələr və zirzəmilər təmizlənir

İntensiv yağışlar səbəbindən Pirsaat çayının Hacıqabul rayonunun Qubalıbaloğlan kəndindən keçən hissəsinə sel gəlməsi nəticəsində bəzi fərdi yaşayış evlərinin həyətyanı sahələri və zirzəmiləri subasmaya məruz qalıb.

“İki sahil” xəbər verir ki, bu barədə FHN Mətbuat xidməti məlumat yayıb.

Qeyd edilib ki, nazirliyin “112” qaynar telefon xəttinə daxil olan məlumatla əlaqədar FHN-in Muğan Regional Mərkəzinin qüvvələri su basmış ərazilərə cəlb olunub.

Hazırda Nazirliyin qüvvələri tərəfindən su basmış yerlərdən suyun çəkilərək kənarlaşdırılması və müvafiq təhlükəsizlik tədbirləri həyata keçirilir.