30 iyun 2024 01:01
339

Aşan maşın yanacaqdoldurma məntəqəsinə… - ANBAAN VİDEO

Türkiyədə avtomobil qəzası faciəyə çevrilə bilərdi.

“İki sahil” “TRT Haber”ə istinadla xəbər verir ki, yerli vaxtla saat 18:00 radələrində Yalova-Bursa avtomobil yolunun Orhanqazi rayonun girişində sürücü Çiğdem Doğan idarəetməni itirib. Nəticədə maşın aşıb və 50 metrə yaxın sürükləndikdən sonra tərs çevrilərək yanacaq nasoslarının yanında dayanıb.

Qəzada yaralanan avtomobil sürücüsü Çiğdem Doğan və onun pişiyi təcili yardımla Orhanqazi Dövlət Xəstəxanasına aparılıblar.

Qəza anı təhlükəsizlik kamerasına düşüb

Məhərrəm Ağalaroğlu, “İki sahil”