30 iyun 2024 02:01
191

Qaxda bir ailənin üç üzvü avtoqəzada ölüb

Qaxda rayonunun Əmbərçay kəndində ağır yol-nəqliyyat hadisəsi baş verib.

“İki sahil” xəbər verir ki, bu barədə AZƏRTAC məlumat yayıb.

Qeyd edilib ki, “Ford” və “VAZ-21015” markalı minik avtomobillərinin toqquşması nəticəsində üç nəfər ölüb, bir neçə nəfər xəsarət alıb. “VAZ” avtomobilinin sürücüsünün meyiti nəqliyyat vasitəsində sıxılıb qaldığından əraziyə FHN-in xilasediciləri cəlb olunub. Digər bir nəfər isə xəstəxanaya aparılarkən yolda keçinib.

Xəsarət alanlar Qax Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb, onlardan ikisinin vəziyyəti ağır qiymətləndirilir.

Bildirilib ki, ölənlər bir ailənin üzvü olub. Belə ki, Qaxdan Şəki istiqamətinə hərəkətdə olan “VAZ 21015” markalı minik avtomobilinin sürücüsü - Şəki rayon Cəfərabad kənd sakini 35 yaşlı Həbib Qurbanov, onun anası, 62 yaşlı Gülnarə Qurbanova aldığı ağır xəsarətlərdən hadisə yerində ölüb. Avtomobildə olan daha bir sərnişin, sürücünün həyat yoldaşı, 35 yaşlı Aygün Qurbanova isə aldığı ağır xəsarətlərdən Qax Rayon Mərkəzi Xəstəxanasına çatdıqdan bir qədər sonra dünyasını dəyişib.

Qax Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilən yaralıllardan dördü azyaşlıdır.

Faktla bağlı araşdırmalar aparılır.