Heydər Əliyev adına Hərbi İnstitutda Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanası (MEK) və Gəncə İdeoloji Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə “Kitabın gənclərin hərbi vətənpərvərlik tərbiyəsinə təsiri” mövzusunda tədbir keçirilib.
“İki sahil” xəbər verir ki, tədbirdə hərbi institutun rəhbər, zabit, müəllim, kursant heyəti, AMEA MEK-nın nümayəndələri, Zəngəzur Cəmiyyətlər Birliyinin sədri və başqa qonaqlar iştirak ediblər.
Əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və Respublikamızın müstəqilliyi, suverenliyi, ərazi bütövlüyü uğrunda canından keçən Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Çıxış edənlər mövzu ətrafında geniş danışaraq gənclərin hərbi vətənpərvərlik tərbiyəsində, əsl vətəndaş kimi yetişməsində, o cümlədən onların maarifləndirilməsində kitabın böyük rola malik olmasından bəhs ediblər. Gənc nəsildə kitaba marağın artırılmasının vacibliyini vurğulayıblar.
Heydər Əliyev adına Hərbi İnstitutun rektoru vəzifəsini icra edən Vətən Müharibəsi Qəhrəmanı Nizami Mövlanov tədbir iştirakçılarına minnətdarlığını ifadə edib. Belə tədbirlərin daimi olaraq keçirilməsinin zəruriliyini diqqətə çatdırıb.
Sonda AMEA MEK-nın nümayəndələri tərəfindən institutun kitabxanasına 30 ədəd kitab hədiyyə edilib.
"Birliyin Gücü - 2026" birgə hərbi təlimində kiberəməliyyat fəaliyyətləri yerinə yetirilib
Hərbi Prokurorluğun rəhbərliyi hərbi qulluqçuların xidmət və məişət şəraiti ilə tanışlıq olub
Azərbaycan Ordusunda 27 Sentyabr - Anım Günü münasibətilə silsilə tədbirlər keçirilib