01 iyul 2024 19:54
634

SOCAR-ın prezidenti Bolqarıstanın energetika naziri ilə görüşüb

1 iyul 2024-cü il tarixində Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəf Bolqarıstan Respublikasının energetika naziri Vladimir Malinov ilə görüşüb.

“İki sahil” xəbər verir ki,  görüşdə Azərbaycan ilə Bolqarıstan arasında enerji sektorunda əlaqələrin uğurla inkişaf etdiyi vurğulanıb, Cənub Qaz Dəhlizinin Avropanın, o cümlədən Bolqarıstanın enerji təhlükəsizliyindəki rolu qeyd olunub. Bu xüsusda, ötən ay SOCAR-ın Bolqarıstanda sənaye müəssisələrinə təbii qaz tədarükünə başlamasından məmnunluq ifadə edilib, həmçinin SOCAR-ın Bolqarıstanda ofisinin açılmasının ölkələrimizin enerji sektorunda əlaqələrinin inkişafı baxımından əhəmiyyəti qeyd olunub.

Söhbət zamanı enerji sahəsində əməkdaşlığın cari vəziyyəti, ölkəmizdən Bolqarıstana qaz ixracı və qarşılıqlı maraq doğuran digər məsələlərə dair fikir mübadiləsi aparılıb.