29 sentyabr 2026 15:36
89

Bakı Ali Neft Məktəbi 36 layihə ilə Türkiyədə “TEKNOFEST 2026”da iştirak edir

Bakı Ali Neft Məktəbinin (BANM) 35 komandası Türkiyədə “TEKNOFEST 2026”nın final mərhələsində iştirak edir.

“İki sahil” xəbər verir ki, BANM finalda Azərbaycan üzrə ən çox komanda ilə təmsil olunan ali təhsil müəssisəsidir.

Bakı Ali Neft Məktəbinin komandaları yarışa ümumilikdə 36 layihə ilə qatılıb. Artıq festival çərçivəsində layihələrdən 3-ü Ankarada, 1-i isə Diyarbəkirdə təqdim edilib. 32-si isə 30 sentyabr – 4 oktyabr tarixlərində Şanlıurfada keçiriləcək final mərhələsində mübarizə aparacaq.

Layihələr süni intellekt, rəqəmsallaşma, dayanıqlı inkişaf, ekoloji problemlərin həlli, istehsal proseslərinin optimallaşdırılması və müasir təhlükəsizlik texnologiyaları kimi aktual istiqamətləri əhatə edir.

"TEKNOFEST 2026" festivalı çərçivəsində ümumilikdə 52 yarış və 127 alt-kateqoriya üzrə müsabiqələr təşkil olunacaq.