UNEC-də iyunun 28-dən Abituriyent Məsləhət Mərkəzi fəaliyyətə başlayıb.
“İki sahil” xəbər verir ki, Universitetə qəbul ərəfəsində abituriyentlərə ixtisas seçimində dəstək məqsədilə yaradılan UNEC Abituriyent Məsləhət Mərkəzinə indiyədək 100-dən çox abituriyent müraciət edib. Mərkəzə müraciət edən abituriyent və valideynlərə universitetdəki ixtisaslar, keçid balları, təhsil haqqı, ixtisaslar üçün ayrılan plan yerləri, topladıqları bala uyğun ixtisaslar, universitet və ixtisas seçimi zamanı diqqət edilməli olan məqamlar barədə ətraflı məlumat verilib, eyni zamanda onları maraqlandıran suallar cavablandırılıb.
UNEC Abituriyent Məsləhət Mərkəzi universitetin əsas (İstiqlaliyyət küçəsi 6) və 3-cü tədris binalarında (Murtuza Muxtarov 194) həftənin 5 günü, saat 09:00-17:30-dək (13:00-14:00 nahar fasiləsi) fəaliyyət göstərir.
Abituriyentlər 012 1846 (1-3) nömrəsinə zəng edərək, eləcə də UNEC Abituriyent Məsləhət Mərkəzinə yaxınlaşaraq, universitet və ixtisas seçimi ərəfəsində onlar üçün yaradılmış imkanlardan faydalana bilərlər.
“Məişət zorakılığının qarşısının alınması və mühafizə orderinin tətbiqi mexanizmləri” mövzusunda maarifləndirici tədbir keçirilib
Azərbaycana səfərə gələn Avropa Komissiyasının nümayəndə heyəti Naxçıvanda olub
Dünyanın daha çox kosmosa ehtiyacı var: Azərbaycan üçün bu çağırış nə deməkdir?
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Samux rayonunda vətəndaşlarla görüşüb