04 iyul 2024 11:34
205

Rusiya Türkiyədən sitrus meyvə idxalını iki dəfə azaldıb

May ayında Rusiya Türkiyədən sitrus meyvələrinin idxalını ötən illə müqayisədə iki dəfə azaldıb.

“İki sahil” xəbər verir ki, bu barədə məlumatı Rusiya mediası yayıb.

“Ümumilikdə, bu ilin may ayında Rusiya Türkiyədən 5,6 min ton portağal, naringi, qreypfrut və limon alıb ki, bu da ötən illə müqayisədə iki dəfə azdır” – deyə, məlumatda qeyd edilir.

Qeyd olunur ki, portağal idxalı illik ifadədə 14 dəfə azalaraq 77 tona düşüb.

Həmçinin naringi idxalı 6,5 dəfə, limonun idxalı isə 3 dəfə azalıb. Yeganə müsbət tendensiya yalnız qreypfrut tədarükünün həcmində qeyd olunub ki, bu da altı dəfə - 2,9 min tona qədər artıb.

Bundan əvvəl bildirilib ki, Pakistan Rusiya ilə ticarət əlaqələrini barter şərtləri ilə genişləndirmək niyyətindədir.