04 iyul 2024 11:48
142

KİV: Ərdoğan Türkiyə-Niderland oyununu Almaniyada izləyəcək

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iyulun 6-da Türkiyə-Niderland oyununu izləmək üçün Almaniyaya səfər edəcək.

“İki sahil” xəbər verir ki, məlumatı GDH teleqram kanalı yayıb.

Qeyd edək ki, Almaniyanın Berlin şəhərində keçirilən futbol üzrə Avropa çempionatında Türkiyə milli komandası Niderlandla qarışılaşacaq.