04 iyul 2024 12:00
155

Tramp Avropanı müdafiə xərclərinə görə NATO-dan çıxmaqla hədələyib - “Financial Times”

ABŞ-ın keçmiş prezidenti Donald Tramp 2018-ci ildə NATO-nun sammiti zamanı üzv ölkələri alyansdan çıxmaqla bağlı hədələyib. Onun fikrincə, Avropa ölkələri müdafiəyə kifayət qədər pul xərcləmirdilər.

“İki sahil” xəbər verir ki, bu barədə “Financial Times” qəzeti məlumat yayıb.

Nəşr bu barədə 2018-ci ildə NATO sammitində baş verənlər barədə danışan mənbələrə istinadla xəbər verir.

Qeyd edilir ki, görüşdən əvvəl kameralar Tramp və alyansın baş katibi Yens Stoltenberqi lentə alan zaman jurnalist ABŞ prezidentindən hansı dövlətlərin müdafiə xərclərini artırmalı olduğunu soruşub.

“Bir çox ölkələr lazım olanı ödəmir. Açığını deyim ki, bir çox ölkələr bizə uzun illər ərzində külli miqdarda borcludurlar”- deyən Tramp ABŞ-ın bunun üçün pul ödəməli olduğunu əlavə edib.

Daha sonra, qəzetin yazdığına görə, Tramp bağlı qapılar arxasında NATO-ya üzv ölkələrin hər bir rəhbərinə müdafiə xərcləri barədə məlumat verib.

Daha əvvəl Politico təklif etmişdi ki, Tramp prezident seçkilərində qalib gələrsə, NATO-nun şərqə doğru genişlənməsindən imtina edə bilər.