04 iyul 2024 13:00
153

Şanxay Əməkdaşlıq Təşkilatının Astana Bəyannaməsi qəbul edilib

Qazaxıstan Respublikasının sədrliyi ilə Astanada keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Zirvə toplantısında Astana Bəyannaməsi qəbul edilib.

“İki sahil” xəbər verir ki, “Çoxtərəfli dialoqun möhkəmləndirilməsi – davamlı sülhə və inkişafa doğru” mövzusunda keçirilən tədbirdə Azərbaycan Prezidenti İlham Əliyev də iştirak edir.

Qazaxıstan ŞƏT-ə 2023-cü ilin iyulundan sədrlik edir. Astana Zirvə toplantısından sonra sədrlik Çin Xalq Respublikasına keçəcək.