04 iyul 2024 16:48
204

"Araz-Naxçıvan"ın rəqibləri bəlli olub

"Araz-Naxçıvan" komandasının futzal üzrə UEFA Çempionlar Liqasının ilkin mərhələsindəki rəqibləri bəlli olub.

“İki sahil” xəbər verir ki, Azərbaycan çempionu H qrupunda “Uddevalla” (İsveç), “Sparta” ( Belfast, Şimali İrlandiya) və “Sillamae” (Estoniya) klublarına rəqib olub.

Qeyd edək ki, matçlar avqustun 20-25-də baş tutacaq. Qrup qalibləri əsas mərhələdə iştirak hüququ əldə edəcəklər.