04 iyul 2024 18:29
227

NBA-da oynamış basketbolçu "Sabah"da

Azərbaycanı FIBA Çempionlar Liqasında təmsil edəcək "Sabah" heyətini yeni basketbolçu ilə gücləndirib.

"İki sahil" klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, ölkə çempionu Hassani Qravettlə anlaşıb.ABŞ-dən olan oyunçu ilə 2 illik müqavilə imzalanıb.

O, peşəkar karyerası ərzində 2021/2022 mövsümündə NBA-da çıxış edən "Orlando Mecik"in heyətində 8 matça çıxıb.

Son mövsümü Polşanın "Şlask" klubunda keçirən 27 yaşlı müdafiəçi 40 görüşün iştirakçısı olub.