06 iyul 2024 13:13
402

Sadır Japarov: Azərbaycanın COP29 prezidentliyi iqlim dəyişikliyi ilə mübarizəyə böyük töhfə verəcək

Azərbaycanın COP29-a ev sahibliyi etməsi iqlim dəyişikliyi ilə mübarizəyə böyük töhfə verəcək.

“İki sahil” xəbər verir ki, bunu Qırğız Respublikasının Prezidenti Sadır Japarov Türk Dövlətləri Təşkilatının (TDT) dövlət başçılarının iyulun 6-da Şuşada keçirilən qeyri-rəsmi Zirvə görüşündə çıxışı zamanı deyib.

O qeyd edib ki, Qırğızıstan yüksək enerji qənaəti məsələsində mühüm rol oynaya bilər:

“Bu konfransı maliyyələşdirməyə kömək etmək üçün irəliləyiş əldə edə bilərsiniz. Bu konfrans bir sıra məsələlərdə, o cümlədən maliyyə məsələlərində irəliləyiş əldə etmək imkanı verəcək. Biz Azərbaycan tərəfini və TDT-yə üzv ölkələri bərpaolunan enerji sahəsində əməkdaşlığı genişləndirməyə çağırırıq. Biz digital transport sahəsində də praktikanı artırmalıyıq”.

Prezident, Qırğızıstanın Türk Dövlətləri Təşkilatının fəaliyyətinin genişlənməsinə dəstək olmağa hazır olduğunu da söyləyib.