Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) klubların yeni dünya reytinqini açıqlayıb.
“İki sahil” xəbər verir ki, 504 komandadan ibarət siyahıya Azərbaycanın 4 təmsilçisi düşüb.
14 pillə irəliləyən “Qarabağ” (191,25 xal) 39-cu yerdə qərarlaşıb.
“Zirə” (62,25 xal) 8 pillə irəliləyərək 361-ci, “Sabah” (60,75 xal) 9 mövqe artıraraq 379-cu, “Neftçi” (59,25 xal) 6 sıra irəliləyərək 397-ci olub.
Qeyd edək ki, dünya reytinqinə İspaniyanın “Real” klubu (371 xal) başçılıq edir.
Avropa Atletikasına üzv federasiyaların rəhbər şəxslərinin konfransı işini yekunlaşdırıb
Fərid Qayıbov Dünya Kapoeyra Federasiyasının prezidenti Rodriqo Furbino Qomes ilə görüşüb.