Türkiyədə polisdən qaçan motosikletçini qatar vurub.
“İki sahil” xəbər verir ki, hadisə Adananın mərkəzi Yüreğir rayonunda baş verib.
Bildirilir ki, Şehit Erkut Akbay Məhəlləsində Dadaloğlu Bulvarında çalışan polis qrupları üzərində iki nəfərin olduğu nömrəsiz motosikleti saxlamaq istəyib.
Şübhəlilər polisin, "-dayan!", xəbərdarlığına baxmayaraq motosikletlə qaçarkən dəmiryolu keçidində aşıb, şübhəlilər yaralanıblar. Bu vaxt oradan keçən yük qatarı motosikletə dəyib.
Polisin çağırışı üzrə hadisə yerinə gələn tibbi yardım qrupları yüngül yaralanan iki şübhəlini ambulator müalicə ediblər.
Müdaxilənin ardından şübhəlilər polislər tərəfindən saxlanılıb.
Məhərrəm Ağalaroğlu, “İki sahil”