Bu gün Sabirabad, Hacıqabul və Ağsu rayonlarının qaz təchizatında məhdudiyyət yaranacaq.
“İki sahil” xəbər verir ki, bu barədə “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb.
Bildirilib ki, “Qaz İxrac” İdarəsinə məxsus “Qazıməmməd-Qazax I xətt" yüksək təzyiqli magistral qaz kəmərinə yeni çəkilmiş yüksək təzyiqli qol kəmərinin birləşdirilməsi ilə bağlı iyulun 8-də saat 08:00-dan etibarən işlər başa çatanadək “Qarasu əhali” ölçü qovşağından qaz təchizatının dayandırılması planlaşdırılır.
Təmir müddətində Sabirabad rayonunun (16 kənd və 35 qeyri-yaşayış sahəsinin) bir hissəsinin Hacıqabul rayonunun (10 kənd, 2 qəsəbə və 28 qeyri-yaşayış sahəsi) bir hissəsinin və Ağsu rayonu üzrə Padarqışlaq kəndinin qaz təchizatında məhdudiyyətin yaranması, işlər başa çatdıqdan sonra qaz təchizatının bərpası planlaşdırılır.
Macarıstan şirkətlərinin və beynəlxalq təşkilat nümayəndələrinin “Neft Daşları”na səfəri təşkil olunub - FOTO
SOCAR-da “Kommunikasiya və əməkdaşlıq vasitəsilə tərəfdaşlığın gücü: Enerjinin gələcəyini formalaşdıran qadınlar” mövzusunda tədbir keçirilib