Mədəniyyət Nazirliyi tərəfindən qeyri-hökumət təşkilatları üçün mədəni və yaradıcı sənayelərin təşviqi üzrə elan olunmuş qrant müsabiqəsi ilə bağlı açıq infosessiya keçiriləcək.
Bu barədə "İki sahil"ə nazirlikdən məlumat verilib.
Bildirilib ki, infosessiya iyulun 10-da saat 16:00-da Mədəni və Yaradıcı Sənayelərin İnkişaf Mərkəzində (Xətai rayonu, Mehdi Mehdizadə 33 “Simurq” plaza, 8-ci mərtəbə) təşkil olunacaq.
İnfossesiya çərçivəsində nazirlik nümayəndələri və Müsabiqə komissiyasının üzvləri tərəfindən iştirak şərtləri, prioritet istiqamətlər və alt mövzular, layihə təklifi ilə bağlı tələblər barədə ətraflı məlumat veriləcək. Tədbirdə müsabiqə ilə maraqlanan qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak edə bilərlər.
Qeyd edək ki, Mədəniyyət Nazirliyi tərəfindən 4 iyul 2024-cü il tarixində qeyri-hökumət təşkilatları üçün mədəni və yaradıcı sənayelərin təşviqi üzrə qrant müsabiqəsi elan olunub. Müsabiqəyə müraciət üçün son tarix 2 avqust 2024-cü il tarixidir. Sənədlərin qəbulu grants.culture.az internet resursu üzərindən elektron formada həyata keçirilir.
Ətraflı məlumat üçün:
Tel.: 147 (Mədəniyyət Nazirliyinin qaynar xətti)
Mob.: +994505200674 (Mədəni və Yaradıcı Sənayelərin İnkişaf Mərkəzi)
Türkiyənin İğdır şəhərində “Xarıbülbül” sərgi-yarmarkalarının davam etdirilməsi təklif olunub
Şəfiqə Məmmədovanın Azərbaycan Kinematoqrafçılar İttifaqı sədrliyinə vahid namizəd kimi təsdiq edilməsi barədə yekdilliklə qərar qəbul olunub
Tünzalə Ağayeva ilə bağlı diqqətçəkən görüntülər – kameralar qarşısında nə baş verdi?