08 iyul 2024 17:58
539

Sabah Salyan və Saatlının qaz təchizatında məhdudiyyət olacaq

Sabah Salyan və Saatlı rayonlarının qaz təchizatında məhdudiyyət yaranacaq.

Bu barədə “İki sahil"ə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.

Bildirilib ki. “Ələt-Astara-İran” sərhədi “Yenikənd-Biləsuvar” avtomobil yolunun 58-ci km-də (Salyan şəhəri ərazisi) yerləşən hissəsinin genişləndirilməsi üçün tikinti sahəsinə düşən qaz kəmərinin təhlükəsiz əraziyə köçürülməsi məqsədi ilə əlaqədar olaraq, iyulun 9-da saat 10:00-dan etibarən işlər başa çatanadək Salyan şəhəri 20 Yanvar, Ə. Quliyev, İ. Quliyev küçələrində, həmçinin, Kürqaraqaşlı, Beştalı, Cəngən, Xocalı kəndlərində (ümumi 3 278 abonent) qaz təchizatının dayandırılması planlaşdırılır.

Həmçinin, "Qaratəpə" ölçü qovşağında quraşdırılmış "kollektordan" təbii qazla təmin edilən, diametri PE-315 mm olan "Qarayevkənd" orta təzyiqli daxili qaz kəmərində kipliyin sınağı məqsədi ilə əlaqədar olaraq, iyulun 9-da saat 10:00-dan etibarən işlər başa çatanadək Saatlı rayonunun Qarayevkənd, Çolpı, Xanlarkənd, Azadkənd, Fətəlikənd və Günəşli kəndlərində (ümumi 2343 abonent) qaz təchizatının dayandırılması planlaşdırılır.