Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi (MEMİM) “Nəsildən-nəslə teatr” layihəsini təqdim edib.
“İki sahil” xəbər verir ki, layihə çərçivəsində Azərbaycan Dövlət Akademik Milli Dram Teatrınının təşkilati dəstəyi ilə keçirilmiş tematik seminarın “Öz teatrını yarat” adlı ilk paneli 9 iyul 2024-cü il tarixində teatrın kiçik səhnəsində baş tutub.
MEMİM-in əməkdaşı, teatrşünas Dağlar Yusifin moderatorluğu ilə keçirilən panelin qonağı Azərbaycan Dövlət Pantomima Teatrının yaradıcısı və bədii rəhbəri, Хalq artisti Bəxtiyar Xanızadə olub.
Seminarı MEMİM-in direktor vəzifəsini icra edən Vüqar Hümbətov açaraq layihənin məqsədinin Azərbaycan teatrının inkişafına dəstək göstərmək, teatra müasir beynəlxalq tendensiyaların tətbiqi, bu sahəyə marağın artırılması, eləcə də gənclərin cəlb edilməsi və nəsillər arasında təcrübə mübadiləsinin təşkili olduğunu vurğuladı.
B.Xanızadə gənclərlə teatr işinin təşkilində sosial-iqtisadi və bədii-konseptual aspektlər, ənənə, müasirlik, yeni yaradıcı tendensiyalar və s.mövzularda fikir mübadiləsi apararaq öz zəngin teatr təcrübəsini bölüşüb. O, həmçinin, qeyd edib ki, yeni dövr konseptual teatrla məşğul olmaq üçün ənənələr və peşəkar meyarlar üzərində qurulmuş eksperimental forma axtarışları olduqca vacibdir.
İştirakçılara xoş təəssüratlar bağışlayan tədbirin sonunda xatirə şəkli çəkildi. “Nəsildən-nəslə teatr” seminarları çərçivəsində teatr sənətçiləri ilə interaktiv görüşlərin davamlı təşkili nəzərdə tutulur.
Türkiyənin İğdır şəhərində “Xarıbülbül” sərgi-yarmarkalarının davam etdirilməsi təklif olunub
Şəfiqə Məmmədovanın Azərbaycan Kinematoqrafçılar İttifaqı sədrliyinə vahid namizəd kimi təsdiq edilməsi barədə yekdilliklə qərar qəbul olunub
Tünzalə Ağayeva ilə bağlı diqqətçəkən görüntülər – kameralar qarşısında nə baş verdi?