10 iyul 2024 16:23
248

Rusiya qoşunları elektron müharibə sistemlərini təkmilləşdirir

Rusiya tədricən GPS idarə olunan mərmiləri zərərsizləşdirmək üçün elektron müharibə imkanlarını təkmilləşdirir.

“İki sahil” xəbər verir ki, bu barədə “The Wall Street Journal” yazır.

Qeyd edilir ki, söhbət yüksək dəqiqliyə malik “Excalibur” mərmiləri və HIMARS raketlərindən gedir.

Rusiya tezliklə elektron müharibə sistemlərini ATACMS və Storm Shadow raketlərinin qarşısını almaq üçün uyğunlaşdıracaq.