10 iyul 2024 16:42
221

Orban Avropa İttifaqı liderlərinə ünvanladığı məktubda nə yazıb?

Rusiya prezidenti Vladimir Putin və Çin lideri Si Cinpin Rusiya Federasiyası ilə Ukrayna arasında sülh danışıqlarının ilin sonuna qədər baş tutacağını düşünürlər.

"İki sahil" xəbər verir ki, bu haqda “El Pais” nəşri məlumat yayıb.

Nəşr yazır ki, Macarıstanın baş naziri Viktor Orban bu barədə Ukrayna, Rusiya və Çinə səfərindən sonra Avropa İttifaqı liderlərinə ünvanladığı məktubda bildirib. O, Brüsseli sülh təşəbbüsü göstərməyə çağırıb və növbəti iki ayın "daha dramatik” olacağını proqnozlaşdırıb.

Ukraynanın “Avropa həqiqəti” qəzeti də bundan əvvəl məktubla bağlı məlumat yayıb, lakin nəşrdə danışıqların mümkün vaxtı ilə bağlı məlumat yer almayıb. “Danışıqlarıma əsasən, hesab edirəm ki, atəşkəs və sülh danışıqları üçün yol xəritəsi ilə bağlı bütün mümkün təkliflərin müsbət qarşılanması üçün indi daha böyük şans var”, - deyə, məktubda qeyd edilir.

Viktor Orban hesab edir ki, ABŞ-ın bu məsələyə yanaşması seçki kampaniyasına görə məhduddur. Ona görə də o, yaxın vaxtlarda Vaşinqtondan sülh təklifləri gözləmir.