Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) 2024-2025-ci illər üçün “OPEC+” razılaşmasına (OPEC və təşkilata daxil olmayan ölkələri əhatə edən neft istehsalının azaltması üzrə təşəbbüs) daxil olmayan ölkələrdə ortalama gündəlik neft və digər maye karbohidrogenlərin hasilatı üzrə proqnozunu yeniləyib.
"İki sahil"in OPEC-in aylıq hesabatına istinadən verdiyi məlumata görə, cari il “OPEC+” razılaşmasına daxil olmayan ölkələrdə ortalama gündəlik neft və digər maye karbohidrogenlərin hasilatının 52,98 mln. barel olacağı ehtimal olunur (öncəki proqnoz göstəricidən 0,01 mln. barel çoxdur), bu 2023-cü ilin göstəricisi ilə müqayisədə 1,23 mln. barel çoxdur.
Proqnoza əsasən, 2025-ci ildə “OPEC+”a daxil olmayan ölkələrdə gündəlik neft hasilatı 54,08 mln. barel olacaq (öncəki proqnoz göstəricisindən 0,02 mln. barel çoxdur), bu da illik müqayisədə 1,1 mln. barel artım deməkdir.
Hesabata əsasən, “OPEC+” razılaşmasına daxil olmayan ölkələrdə ortalama gündəlik neft və digər maye karbohidrogenlərin hasilatı 51,73 mln. barel səviyyəsində olub.
Auditorlar Palatasının 30 illik yubileyi münasibətilə fərdi jurnalist yazı və “Ən yaxşı auditor assistenti və mütəxəssisi”, “Ən yaxşı gənc auditor” müsabiqələrinin iştirakçıları mükafatlandırılıb FOTOLAR
Tərəflər əməkdaşlığın perspektiv istiqamətləri üzrə fikir mübadiləsi aparıblar