11 iyul 2024 09:15
253

Hacıqabulda yük maşını aşıb

Bakı-Qazax magistralının Hacıqabul rayonunun Qarasu kəndi ərazisindən keçən hissəsində yük maşını aşıb.

“İki sahil” xəbər verir ki, hərəkətdə olan “Kamaz” markalı yük maşını anidən idarəetməni itirərək yolun kənarına aşıb.

Qəza nətisəsində Bakı şəhər sakini 1977-ci il təvəllüdlü Məmmədov Samir hadisə yerində ölüb. Digər Bakı sakinləri – 1955-ci il təvəllüdlü Məmmədov Sahib Fərzəli oğlu, 1954-cü il təvəllüdlü Məmmədova Firuzə Əsəd qızı müxtəlif dərəcəli xəsarətlər alıblar.

Yaralılar Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib.

F. Məmmədovanın vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.