Bu ilin I yarısında "Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) sərnişinlərinin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 47,3 % çox olub.
“İki sahil” xəbər verir ki, bunu AZAL-ın prezidenti Samir Rzayev bildirib.
Onun sözlərinə görə, artım beynəlxalq uçuşlarda 60,2 %, ölkədaxili uçuşlarda isə 10,15 % təşkil edib.
Belə ki, aviaşirkət yanvar-iyun aylarında 1,812 milyon sərnişin daşıyıb. Bunun 1,462 milyonu beynəlxalq, 350 mini isə ölkə daxilində daşınıb.
Auditorlar Palatasının 30 illik yubileyi münasibətilə fərdi jurnalist yazı və “Ən yaxşı auditor assistenti və mütəxəssisi”, “Ən yaxşı gənc auditor” müsabiqələrinin iştirakçıları mükafatlandırılıb FOTOLAR
Tərəflər əməkdaşlığın perspektiv istiqamətləri üzrə fikir mübadiləsi aparıblar