Əliyev Muğan Gəray oğlu Birinci Qarabağ müharibəsində könüllü olaraq Vətənin müdafiəsi üçün döyüşlərə qoşulmuşdu. Füzuli rayonunun Çimən və Cuvarlı kəndləri uğrunda gedən döyüşlərdə itkin düşüb.
“İki sahil” xəbər verir ki, şəhidin nəşinin qalıqları Xocavəndin Edilli kəndində kütləvi məzarlıqda aşkarlanıb və 32 ildən sonra Füzuli şəhərində torpağa tapşırılıb.
Şəhid Muğan Əliyevin nəşi İkinci Mahmudlu kənd məscidinə gətirilərək vida mərasimi təşkil olunub. Mərasimdə şəhidin ailə üzvləri ilə yanaşı, rayon rəhbərliyi, müharibə iştirakçıları və ictimaiyyət nümayəndələri iştirak edib.
Məsciddə cənazə namazı qılınıb, şəhidlərimizin ruhuna dualar oxunub. Daha sonra şəhidin nəşinin qalıqları işğaldan azad olunan Füzuli şəhərində qəbiristanlıqda torpağa tapşırılıb.