Nazirlər Kabineti 6 mart 2019-cu il tarixli qərarı ilə təsdiq edilmiş “Avtomagistraldan ödənişli yol kimi istifadə Qaydası”nda dəyişiklik edib.
“İki sahil” xəbər verir ki, bununla bağlı Baş Nazir Əli Əsədov yeni qərar imzalayıb.
Qərara əsasən, bundan sonra hər bir ödənişli avtomagistral ilə nəqliyyat vasitələrinin gedişi üçün ödənişin məbləğini avtomobil yolunun dərəcəsi nəzərə alınmaqla Tarif (Qiymə) Şurası təsdiq edəcək. İndiyə qədər bu məsələdə nəqliyyat vasitəsinin qət etdiyi məsafə, çəkisi və ay ərzində gedişlərin sayı da nəzərə alınırdı.
Tərəflər əməkdaşlığın perspektiv istiqamətləri üzrə fikir mübadiləsi aparıblar
"Şimal-2"də 026-ci ilin sentyabr ayınadək 21,1 milyard kilovat/saat elektrik enerjisi hasil olunub
Bu gün Azərbaycandan Ermənistana neft məhsullarının növbəti partiyası ixrac olunacaq